Rəqəmlərlə Türk Müdafiə İxracatı: Böyümə, Diversifikasiya və Sıçrayış (FOTO)

2025/06/1750068535.jpg
Oxunub: 740     18:47     16 İyun 2025    
Türkiyənin strateji sahələrindən biri olan müdafiə və aviasiya sənayesi 2025-ci ilin ilk beş ayı ərzində ixrac göstəricilərini əhəmiyyətli dərəcədə artıraraq qlobal bazardakı mövqeyini daha da gücləndirib.

Türkiyə İxracatçılar Məclisi (TİM) məlumatlarına görə, sektor keçən ilin eyni dövründə əldə etdiyi 2,2 milyard dollarlıq ixrac göstəricisini bu il 18% artımla 2,6 milyard dollar səviyyəsinə çatdırıb.

Sektorun ixrac siyahısı “Baykar” şirkətinin liderliyini davam etdirdiyini təsdiqləsə də, “Arca Müdafiə Sənayesi”nin nümayiş etdirdiyi qeyri-adi performans və yeni oyunçuların siyahıya daxil olması sahədəki dinamikliyin və geniş yayılmış uğurun altını cızdı.

Zirvə və yaxın izləyicilər

Sektorun ixracat çempionu olan “Baykar” keçən ilin ilk beş ayında əldə etdiyi 648,9 milyon dollarlıq ixrac gəlirini bu il eyni dövrdə 760,7 milyon dollara yüksəldərək zirvədəki yerini möhkəmləndirib.

Lakin siyahının ən diqqətçəkən performansını, sıralamada demək olar ki, inqilab edən “Arca Müdafiə Sənayesi” göstərdi.

Şirkət keçən il 27,3 milyon dollar olan ixracını bu il rekord səviyyə olan 623,6 milyon dollara çatdıraraq təxminən 23 qat artım əldə edib və sektor üzrə ikinci sıraya yüksəlib. Bu möhtəşəm sıçrayış şirkəti sektorun ən önəmli ixracatçılarından biri halına gətirib.

Siyahının digər nəhənglərindən olan Türk Havacılıq və Kosmos Sənayesi (TUSAŞ) da uğurlu performansını davam etdirib. TUSAŞ 161,1 milyon dollarlıq ixracatını iki dəfədən çox artıraraq 381,9 milyon dollara çatdırıb və üçüncü sıradakı yerini qoruyub.

İlk 20 şirkətin siyahısı

Milli zərbə tipli PUA-larla birlikdə ixrac edilən ağıllı sursatların təsiri ilə ROKETSAN ixrac dövriyyəsində ən diqqətçəkən artımlardan birini qeyd edib. Keçən ilin eyni dövründə 8,7 milyon dollar olan ixracını, 10 dəfədən çox artıraraq 101,1 milyon dollara çatdıran ROKETSAN siyahıda yuxarı pillələrə qalxıb.

Siyahının daimi iştirakçılarından olan ASELSAN 31,1 milyon dollardan 38,3 milyon dollara yüksələn ixracatı ilə sabit böyüməsini davam etdirib. “Nurol Makina” (54,1 milyon dollardan 69,1 milyon dollara) və “Samsun Yurt Savunma” (52,1 milyon dollardan 60,1 milyon dollara) kimi şirkətlər də ixrac həcmlərini artıraraq sektorun ümumi uğuruna töhfə veriblər.


Yeni oyunçular və ixracatçı bazasının genişlənməsi

2025-ci ilin göstəriciləri sektorun ixracatçı bazasının genişləndiyini də ortaya qoydu. Keçən ilin eyni dövründə siyahıda yer almayan “Turquoise Yat Sanayi” 70,6 milyon dollar, “Koç Holding” 32,9 milyon dollar və “FNSS Dış Ticaret” 23,5 milyon dollarlıq ixracatla siyahıya güclü bir giriş etdilər. Bu da fərqli sahələrdə ixtisaslaşmış yeni şirkətlərin də qlobal bazarda rəqabət qabiliyyətinə sahib olduğunu göstərir.

Qismən geriləyənlər də oldu

Siyahının üst sıralarında bu pozitiv inkişaflar yaşanarkən, bəzi şirkətlərin ixrac göstəricilərində keçən ilə nisbətdə qismən azalma müşahidə olunub. Keçən il 160,9 milyon dollarlıq ixracla siyahının üstündə yer alan “TUSAŞ Motor Sənayesi” (TEI) bu ilin eyni dövrünü 156,7 milyon dollarla tamamlayıb.

Eynilə “Pratt & Whitney THY Texniki Uçuş Motorları Baxım Mərkəzi Ltd. Şti.” şirkətinin ixracatı da 59,1 milyon dollardan 55,2 milyon dollara geriləyib.

Ümumi mənzərə

Ümumi mənzərəyə baxıldıqda, Türk müdafiə və aviasiya sənayesi, 2025-ci ilə güclü bir başlanğıc edərək həm ümumi ixrac həcmini artırıb, həm də ixracatçı şirkət müxtəlifliyini zənginləşdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə   İxracat   Sıçrayış  


Bizi "telegram"da izləyin