İsrail Ordusu İranın Hərbi Hava Qüvvələrinə məxsus raket sistemlərinin 1/3-ni sıradan çıxarıb - VİDEO

2025/06/Ekran-1750066306.jpg
Oxunub: 823     13:24     16 İyun 2025    
İsrail Ordusu indiyədək İranın Hərbi Hava Qüvvələrinə məxsus raket sistemlərinin 1/3 hissəsini sıradan çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən axşamkı əməliyyatlar nəticəsində 20 ədəd "Yer - Yer" tipli raket sistemi zərərsizləşdirilib, əməliyyatlar başlayan gündən sıradan çıxarılan sistemlərin sayı isə 120-yə çatıb.

Eyni zamanda, İsfahan əyalətində 100-dən çox hərbi obyektə zərbələr endirilib:

"İndiki dövrədək təqribən 50 ədəd qırıcı tərəfindən raketlərin saxlanıldığı yerlər, eləcə də buraxılması üçün hazır vəziyyətə gətirilmiş 20 ədəd raketin mövqeyi müəyyənləşdirilərək, məhv edilib".



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin