Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin yerli və milli imkanları ilə hazırlanan yeni nəsil REM sistemi MS23 Türkiyə Silahlı Qüvvələrinin Konya Karapınardakı sınaq bazasında keçirilən sahə sınaqlarını uğurla başa vurub.
İnkişafı rəsmi sosial media hesabında elan edən “Sekiz Altmış Teknoloji” paylaşımda bildirib: “MS23 həm hava, həm də quru hədəflərində üstün performans nümayiş etdirərək, REM sahəsindəki çəkindirmə qabiliyyətimizi növbəti səviyyəyə qaldırdı”.
Qeyd edək ki, “Sekiz Altmış Teknoloji” SAHA EXPO 2024 çərçivəsində mobil REM texnologiyasında innovativ həll olan MS23 (REM Sistemləri) – Avtomobilə Quraşdırılmış Modeli təqdim edib.
Avtomobilə quraşdırıla bilən quruluşu ilə diqqət çəkən bu sistem güclü qarışdırma imkanları və çevik istifadə variantları ilə müasir təhlükələrə qarşı effektiv müdafiə təmin edir.
Xüsusilə pilotsuz uçuş aparatlarına qarşı hazırlanmış MS23 sahə əməliyyatlarında təhlükəsizlik qüvvələrinə üstün üstünlük təmin etməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az