İsrail silah istehsalını sürətləndirmək qərarına gəlib

2025/06/1750065124.jpg
Oxunub: 503     14:32     16 İyun 2025    
İsrail İrana hücumlarını davam etdirə bilməsi üçün silah istehsalını sürətləndirməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İsrail Müdafiə Nazirliyinin “X” hesabında edilən bir paylaşımda Müdafiə Nazirliyinin baş direktoru Əmir Baramın böyük müdafiə sənayesi şirkətlərinin baş direktorları (baş menecerləri) və nazirliyin yüksək səviyyəli rəsmiləri ilə təhlükəsizlik vəziyyətinin qiymətləndirməsini apardığı bildirilib.

Qeyd edilib ki, Baram müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb, müharibənin davam etməsi üçün silah istehsalının sürətinin artırılması və müdafiə sistemlərinin İranın raket təhlükəsindən qorunması üçün hazırlıq işlərini müzakirə edib.

İrana qarşı hücumlarda müdafiə sənayesinin əhəmiyyətinə diqqət çəkən Baramın böyük çətinliklərlə üzləşdiklərini ifadə etdiyi bildirilib.

Baram müdafiənin “keçilməz” olduğunu vurğulayaraq, daha yüksək silah istehsal göstəricilərinə çatmağın, hücum və müdafiə sistemlərinin inkişafını sürətləndirməyin vacibliyinə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin