Ordu.az xəbər verir ki, əməliyyat İsrailin Tehrandakı nüvə infrastrukturuna hücumlarına cavab olaraq raket buraxılışlarını əhatə edib.
Müdafiə mənbələrindən verilən məlumata görə, Şərqi Aralıq dənizində yerləşmiş ABŞ esmineslərindən biri İranın atdığı ballistik raketləri “Standard Missile-3” (SM-3) önləmə sistemi ilə hədəfə alıb.
Balistik təhlükələrin qarşısını almaq üçün hazırlanan SM-3 raketləri gəmidən atılaraq, kosmosda ballistik raketləri məhv etmək gücünə malikdir.
Müdaxilədən sonra bölgədə ələ keçirilən raket qalıqları arasında SM-3-ə aid raket mühərrik hissələrinin olduğu bildirilib. Qeyd edilib ki, bu hissələr ABŞ-nin əməliyyatda birbaşa iştirakını təsdiqləyir.
Sevinc Əliyeva
Ordu.az