“Su-25” raketlə dost “Su-25”i vurdu: Rusiyada biabırçılıq

2025/06/1750061049.jpg
Oxunub: 471     12:02     16 İyun 2025    
İyunun 13-də Rusiyanın “Su-25” döyüş təyyarəsi Ukraynanın şərqində Donetsk vilayəti üzərində qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, hadisə Rusiya sosial media hesablarında paylaşılan görüntülərlə gündəmə gəlib.

Kadrlarda görünür ki, Rusiyanın iki “Su-25” döyüş təyyarəsi qol uçuşu yerinə yetirir və daha sonra arxadan “Su-25” tərəfindən raket atəşi açılır.

Raket buraxıldıqdan dərhal sonra öndə olan “Su-25” qəzaya uğrayıb, pilot isə təyyarəni katapult oturacağı vasitəsilə tərk edib.

Bu çərçivədə “Su-25”in qəzaya uğramasının səbəbi kimi qoldakı digər “Su-25”in atdığı raketin təyyarəyə dəydiyi qeyd edilir.

Qeyd edək ki, “Su-25” 1970-ci illərin sonunda Sovet İttifaqı dövründə “Sukhoi” tərəfindən hazırlanıb. Yaxın hava dəstəyi təmin etmək üçün nəzərdə tutulmuş bu təyyarə ağır zireh təchizatı ilə döyüş meydanında yüksək sağ qalma qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-25   Qəza  


Bizi "telegram"da izləyin