Ordu.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən “Paris Airshow 2025” bu gün qapılarını açıb.
Bu yaxınlarda “LBA Systems” adı altında ortaq şirkət quran “Baykar” və “Leonardo” “Paris Airshow”da ortaq şirkətin açılışını edəcəklər.
Bu çərçivədə “Bayraktar Akıncı” və “Bayraktar TB3” zərbə PUA-ları “Paris Airshow”dakı statik sahədə “LBA Systems” loqoları ilə nümayiş etdirilir.
KİV-lər tərəfindən əldə edilən görüntülərdə “Bayraktar “Akıncı” zərbə PUA-sının SOM qanadlı raketi, “Çakır” qanadlı raketi, “Tolun” ağıllı sursatı, MAM-L/T/C və “Bozok” mini ağıllı sursatları, “Teber” tuşlama dəsti, Qanadlı Tuşlama Dəsti, “Gökdoğan” və “Bozdoğan” hava-hava raketləri ilə yanaşı, İHA-230 supersəs balistik raketi kimi silahlarla birlikdə sərgiləndiyi görüntülənib.
Sevinc Əliyeva
Ordu.az