Ordu.az “İnterfaksa” istinadən xəbər verir ki, A.Koşta bunu bazar ertəsi Kanadada "Böyük yeddilik" sammitinin açılışında bəyan edib.
O bildirib ki, Tehranı bundan imtina etməyə diplomatik yolla inandırmaq lazımdır: "Biz Yaxın Şərqdə səylərimizi artırmalıyıq. İrana nüvə silahı hazırlamağa icazə verilməməlidir. Bu məsələ diplomatik vasitələrlə həll edilməlidir".
A.Koşta, həmçinin Ukrayna ətrafındakı vəziyyəti şərh edib: "Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üçün kollektiv qətiyyətimizin kursuna sadiq qalmalı, Birləşmiş Ştatların rəhbərliyi altında sülh səylərinə kömək etməliyik".
Ordu.az