MKE-nin “Boran” haubitsası Banqladeşdən sonra Şimali Makedoniyaya ixrac edilib

2025/06/1750059268.jpg
Oxunub: 2147     15:33     16 İyun 2025    
“Makine ve Kimya Endüstrisi AŞ” (MKE) tərəfindən yerli və milli imkanlarla hazırlanan yüngül yedəkdə daşınan haubitsa “Boran” Banqladeşdən sonra Şimali Makedoniyaya ixrac edilib.

Ordu.az xəbər verir ki, bu barədə MKE məlumat yayıb.

MKE-dən verilən açıqlamaya görə, Türkiyənin xaricə ilk haubitsa ixracatı olaraq Banqladeşə göndərilən “Boran” hazırda Şimali Makedoniya üzərindən Avropaya edilən ilk haubitsa ixracatı olub.

2022-ci il dekabrın 21-də Şimali Makedoniya Müdafiə Nazirliyi ilə imzalanmış müqavilə çərçivəsində 6 ədəd 105 mm-lik havada daşınan yüngül yedəkdə daşınan haubitsa və onu müşayiət edən döyüş sursatları 2025-ci il iyunun 6-da uğurla təhvil verilib.

Türkiyənin Avropa qitəsinə ixrac etdiyi ilk haubitsa olma xüsusiyyətini də daşıyan “Boran” 105 millimetr çapa və 30 kalibr uzunluğunda lüləyə malikdir.

Atəşə nəzarət sistemi də daxil olmaqla, 1745 kiloqram ağırlığında olan “Boran” dəniz səviyyəsində 17 kilometr mənzilə çata bilir və bir dəqiqədən az müddətdə atəşə hazır ola bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Şimali-Makedoniya   Boran  


Bizi "telegram"da izləyin