Ordu.az xəbər verir ki, o, dəyişən təhdid mühiti və yeni nəsil müharibə anlayışlarına uyğun olaraq strateji zehniyyət çevrilməsinin artıq qaçılmaz olduğunu vurğulayıb.
Bayraktar gələcək döyüş meydanında üstünlük əldə etmək üçün ucuz, kütləvi istehsala uyğun və sərf edilə bilən sistemlərin inkişafına üstünlük verilməli olduğunu bildirib.
Bayraktar Türkiyənin son iyirmi ildə “səssiz bir inqilab” həyata keçirdiyini ifadə edərək, bu uğurların gələcəyi təmin etmək üçün kifayət etməyəcəyini vurğulayıb.
Türkiyənin milli texnologiya təşəbbüsü ilə əldə etdiyi hazırkı mövqeyə toxunan Bayraktar bu prosesdə əldə edilən konkret uğurları vurğulayıb.
“Ölkəmiz son 20 ildə müdafiə sənayemizdə səssiz bir inqilab etdi. Sahədə doktrina dəyişdirən sistemlər inkişaf etdirildi”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az