Şimali Koreya lideri yeni nəsil artilleriya mərmilərinin istehsalını artırmaq istəyir

2025/06/1750059037.jpg
Oxunub: 548     17:00     16 İyun 2025    
Şimali Koreya lideri Kim Çen In “müasir müharibənin tələblərinə uyğun” yeni tipli artilleriya mərmilərinin istehsalını artırmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Kim ölkədəki böyük silah-sursat sənayesi obyektinə baş çəkib, 2025-ci ilin birinci yarısında istehsal edilən artilleriya mərmilərinə, istehsal gücünə və modernləşdirmə işlərinə baxıb.

Səfəri zamanı çıxış edən Kim vurğulayıb ki, milli müdafiə strategiyasının tələblərinə cavab vermək və müasir müharibə ehtiyaclarına uyğun yeni nəsil artilleriya mərmilərinin istehsalını artırmaq üçün istehsal gücü daha da gücləndirilməlidir.

Kim, həmçinin vurğulayıb ki, yeni mərmilərin istehsalını artırmaq üçün insansız istehsal prosesləri inkişaf etdirilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   KCNA  


Bizi "telegram"da izləyin