Pezeşkian: ABŞ İsrailə İrana hücum etməyə imkan verdi

2024/08/1722920320.jpg
Oxunub: 396     10:44     16 İyun 2025    
“İsrailin İrana qarşı təcavüzünə görə məsuliyyət ABŞ-a aiddir”.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, belə bir bəyanatın İran Prezidenti Məsud Pezeşkian tərəfindən səsləndirildiyi iddia edilir, lakin informasiya hələ etibarlı mənbələrdə təsdiqlənməyib.

“Amerika beynəlxalq hüquq normalarına zidd olaraq İsrailə ölkəmizə qarşı aqressiya həyata keçirməyə və hücum etməyə imkan verir,” – deyə o, parlament qarşısında çıxış edərkən bildirib.


Pezeşkian qeyd edib ki, İran xalqı bu müharibəyə meyilli deyildi:

"ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, Vaşinqton İsrailin İrana zərbə planları barədə əvvəldən məlumatlı idi".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin