Netanyahunun baş köməkçisi İranın hələ də minlərlə ballistik raketi olduğunu bəyan edib

2025/06/1750052711.jpg
Oxunub: 387     09:40     16 İyun 2025    
İsrail Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tsaxi Xaneqbi bildirib ki, İranın sərəncamında hələ də "minlərlə ballistik raket" var.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, bu rəqəm əvvəllər güman ediləndən daha çoxdur.

"Bu, uzunmüddətli perspektivdə İran təhdidini sona çatdıra biləcək döyüş deyil", - T.Xaneqbi vurğulayıb.

Qeyd edək ki, daha əvvəl hərbi analitiklər İranın təxminən 1 500-2 000 raketə sahib olduğunu bildirirdilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İran  


Bizi "telegram"da izləyin