Səhiyyə Nazirliyi: İranda İsrailin hücumu nəticəsində 224 nəfər ölüb

2025/06/1749844053.jpg
Oxunub: 456     00:31     16 İyun 2025    
İranda İsrail Müdafiə Qüvvələrinin (İMQ) hücumu nəticəsində 224 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin (SN) İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, son 65 saatda 1 481 nəfər xəstəxanaya yerləşdirilib. “Onların 90 %-dən çoxu mülki şəxslərdir”, – Kirmanpur qeyd edib. SN nümayəndəsi 522 nəfərin evə buraxıldığını, 224-nün öldüyünü vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Vaşinqtonda iqamət edən İranda İnsan Haqları Fəalları təşkilatı İMQ-nin zərbələri nəticəsində azı 406 nəfər öldüyünü, 654 nəfərin isə yaralandığını irəli sürmüşdü.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin