İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə zərbə endirdiyini açıqlayıb - FOTOLAR

2025/06/c97a6-10500242832.jpg
Oxunub: 442     00:22     16 İyun 2025    
İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə silsilə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

“İsrail Müdafiə Qüvvələri İran rejiminin silah istehsal imkanlarını pozmaq üçün geniş hücum dalğasını tamamlayıb. Bu gün Tehrandakı Qüds Qüvvələri, İnqilab Keşikçiləri və İran Ordusunun infrastrukturuna qarşı həyata keçirilmiş geniş hücum dalğasının davamı olaraq İran ərazisində çoxsaylı silah istehsalı obyektlərinə hücumlar edilib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl “Sepah” kəşfiyyat rəisi və onun silahdaşlarının öldüyünü təsdiqləmişdi.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin