Netanyahu: Tehran nüvə silahını husilərə ötürməyi planlaşdırırdı

2025/06/1750010405.jpg
Oxunub: 639     21:58     15 İyun 2025    
Teһran nüvə silahını müttəfiqlərinə, o cümlədən Yəmənin “Ənsar Allah” üsyançı hərəkatına (husilər) ötürməyi planlaşdırırdı.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib.

“Kəşfiyyat məlumatlarımıza görə, onlar nüvə silahlarını husilərə və digər müttəfiqlərinə ötürməyi planlaşdırırdılar. Bu, dünya miqyasında nüvə terrorçuluğudur, bu, hamı üçün təhlükədir”, – o qeyd edib.

Netanyahu bir daha vurğulayıb ki, İsrail “İranın nüvə silahına sahib olmasına imkan verə bilməz”. Yəhudi dövlətinin Baş naziri həmçinin qeyd edib ki, İrana zərbələr endiriləcəyi barədə Amerika liderini Donald Trampı əvvəlcədən xəbərdar edib.

“Prezident Trampla daimi əlaqə saxlayırdım. Biz bir-birimizi uzun illərdir tanıyırıq. Və əlbəttə ki, biz amerikalı dostlarımızı və Prezident Trampı əvvəlcədən xəbərdar etdik”, – siyasətçi söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Husilər  


Bizi "telegram"da izləyin