“Sepah” kəşfiyyat rəisinin öldüyünü təsdiqləyib – YENİLƏNİB

2025/06/1749963750.jpg
Oxunub: 718     00:05     16 İyun 2025    
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi İsrailin hücumu nəticəsində ölüb.

Ordu.az xəbər verir ki, bu barədə silahlı birləşmənin mətbu orqanı olan “Sepah News” məlumat yayıb.

“Düşmən <…> yaşayış məntəqələrində dinc əhalini hədəfə almış, nəticədə <…> kəşfiyyat komandirlərindən üç nəfər – şəhid Məhəmməd Kazımi, Həsən Mühəqqiq və Möhsün Baqirini öldürərək şəhadətə qovuşdurub”, – nekroloqda qeyd olunub.

***

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri və onun Tehrandakı müavini İsrailin zərbələrində öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib.

O bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat rəhbəri və onun Tehrandakı müavini öldürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   SEPAH  


Bizi "telegram"da izləyin