İran prezidentinin müşaviri: Danışıqların bərpası İsrailə qəti cavabdan sonra baş tuta bilər

2025/06/1750004802.jpg
Oxunub: 521     20:25     15 İyun 2025    
“Nüvə danışıqlarının bərpası İsrailə qəti cavabdan sonra baş tuta bilər.”

Ordu.az xəbər verir ki, bunu İran prezidentin müşaviri Mehdi Sanai “X” hesabında bildirib.

"Məhz nüvə danışıqları aydın perspektivə yaxınlaşdığı bir vaxtda İsrail Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə zidd hərəkət edərək və beynəlxalq hüququn aşkar prinsiplərini pozaraq ölkəmizə hücum etdi.", - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin