İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 406 nəfər ölüb, 654 nəfər yaralanıb - YENİLƏNİB

2025/06/1750000883.jpg
Oxunub: 732     19:40     15 İyun 2025    
İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 406 nəfər ölüb, 654 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press“ insan haqları qrupuna istinadən məlumat yayıb.

****

İranda İsrailin hücumları nəticəsində, qadın və uşaqlar daxil olmaqla, azı 128 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur bildirib.

O, ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü açıqlayıb. “Ölən və yaralananların dəqiq sayı bəlli deyil, çünki yaralıların əhəmiyyətli hissəsi ordu və Sepah ilə əlaqəli xəstəxanalara köçürülüb, İsrailin hücumlarına uğramış ərazilərin təmizlənməsi isə başa çatmayıb”, - nazirliyin nümayəndəsi vurğulayıb.

O, Səhiyyə Nazirliyinin nəzdindəki xəstəxanalara 900 nəfərin yerləşdirildiyini, onlardan 230-nun evə buraxıldığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Hücum  


Bizi "telegram"da izləyin