İran Prezidenti: ABŞ hücumlardan əvvəl İsrailə kəşfiyyat məlumatı verib

2024/12/1734610245.jpg
Oxunub: 564     17:42     15 İyun 2025    
ABŞ və Avropanın bir sıra ölkələri İsrailə İrana hücumlar etməzdən əvvəl kəşfiyyat məlumatı verib.

Ordu.az-ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

"Bu vəhşi hücumların qarşısını almaq əvəzinə, biz onların, ABŞ və Avropanın bir sıra ölkələrinin İsrailə necə siyasi dəstək, o cümlədən silah və kəşfiyyat məlumatları ilə yardım etdiyini görürük. Bu gün İsrailin ixtiyarında olan və bizə qarşı istifadə etdiyi təyyarələr, raketlər və silahlar eyni dövlətlər tərəfindən təmin edilib", - Pezeşkian bildirib.

Onun sözlərinə görə, Amerika rəsmilərindən biri İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində deyib ki, İsrail ABŞ-nin icazəsi olmadan heç bir hərəkətə qadir deyil”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin