Yaponiyanın Baş naziri Kanadaya səfər edəcək

2025/06/1749974951.jpg
Oxunub: 396     11:43     15 İyun 2025    
Yaponiyanın Baş naziri Şigeru İşiba bazar günü Kanadaya səfər edərək ABŞ Prezidenti Donald Trampla ticarət tarifləri barədə müzakirələr aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İşiba Trampı, yapon avtomobil şirkətlərinə təhdid yaradan və onun hökumətini sarsıda biləcək tariflərdən imtina etməyə inandırmağa çalışacaq.

Görüşün G7 sammiti çərçivəsində Alberta ştatının Kananaskis kəndində keçiriləcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Kanada  


Bizi "telegram"da izləyin