ISW: Rusiya tərəfi Dnepropetrovsk vilayətinə üç istiqamətdən hücum etməyə çalışırlar

2024/06/rusya-1719045543.jpg
Oxunub: 469     11:46     15 İyun 2025    
Rusiya ordusu Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə çıxmağa çalışırlar, eyni anda bir neçə istiqamətdən irəliləyirlər.

Ordu.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında qeyd olunur. Analitiklər detallı olaraq bildirirlər ki, ruslar şərqdən Novopavlovka kəndinə doğru üç taktiki istiqamətdən tədricən irəliləyirlər və Dnepropetrovsk vilayətinə daxil olmağa çalışırlar.

Həmçinin, geolokasiya edilmiş videolar rusların Orexovo kəndinin (Novopavlovkanın şərqində yerləşir) mərkəzi hissəsində irəliləyişini göstərir. Mümkündür ki, onlar artıq bu kəndi ələ keçiriblər.

Analitiklər xatırladırlar ki, Rusiya Dnepropetrovsk vilayətinə çoxistiqamətli hücum həyata keçirir — hücumlar şərqdən, cənub-şərqdən və cənubdan Novopavlovka istiqamətində aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Dnepropetrovsk  


Bizi "telegram"da izləyin