Donald Trampın illərdir arzuladığı hərbi parad Vaşinqtonda keçirilib - YENİLƏNİB

2025/06/1749964036.jpg
Oxunub: 604     10:38     15 İyun 2025    
ABŞ Prezidenti Donald Trampın uzun müddətdir keçirmək istədiyi hərbi parad şənbə günü Vaşinqtonda baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Tədbir ABŞ Ordusunun 250 illik yubileyinə və 79 yaşı tamam olan Donald Trampın doğum gününə təsadüf edib.

Paradda 6,600-dən çox hərbçi, "M1 Abrams da daxil olmaqla təxminən 130 tank və 50 helikopter iştirak edib. Tədbirdə İkinci Dünya Müharibəsi dövrünə aid "Sherman" tankları və "B-25" bombardmançıları kimi avadanlıqlar da nümayiş olunub.

Tramp parad zamanı əsgərləri salamlayıb və çıxışında deyib: "Digər bütün ölkələr öz qələbələrini qeyd edir. Amerikanın da qeyd etmə vaxtıdır."

***

Hazırda ABŞ-da Amerika ordusunun 250 illiyi münasibətilə təntənəli hərbi parad keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tədbir zamanı ABŞ Prezidenti Donald Tramp Amerika Ordusunun kursantlarını salamlayıb və daha sonra çıxış edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   250  


Bizi "telegram"da izləyin