İraq və Almaniya XİN başçıları Tehran və Vaşinqton arasında danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar

2025/06/1749962311.jpg
Oxunub: 400     05:16     15 İyun 2025    
İraqın xarici işlər naziri Fuad Hüseyn və Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında keçirilən telefon danışığında İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında danışıqların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ordu.az xəbər verir ki, bu barədə İraqın "INA" xəbər agentliyi məlumat yayıb.

Nazirlər qeyd ediblər ki, İran və ABŞ, eləcə də Avropa ölkələri arasında danışıqların davam etməsi regional gərginliyin azaldılması istiqamətində “əsas addım” hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Almaniya  


Bizi "telegram"da izləyin