Ərdoğan Trampla İsrail-İran münaqişəsini müzakirə edib

2025/06/1749928536.jpg
Oxunub: 410     23:09     14 İyun 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.

Ərdoğan Türkiyənin İran-İsrail münasibətlərindəki gərginliyi yaxından izlədiyini və Türkiyənin başlanmış nüvə danışıqlarını münaqişənin həllinin yeganə yolu kimi gördüyünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Tramp  


Bizi "telegram"da izləyin