Ərdoğan: "Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır"

2025/03/1741715071.jpg
Oxunub: 539     21:58     14 İyun 2025    
Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Əhməd Əl-Şaara ilə telefon danışığı zamanı deyib.

Tərəflər Yaxın Şərqdəki mövcud durumu müzakirə ediblər.

Ərdoğan bildirib ki, İsrailin hücumları region üçün təhlükəlidir.

O, həmçinin əlavə edib ki, hazırkı vəziyyətdə terror təşkilatları və radikal ünsürlərə qarşı daha diqqətli olmaq lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Suriya   İsrail   İran  


Bizi "telegram"da izləyin