ABŞ Ukraynada olan bəzi HHM sistemlərini Yaxın Şərqə köçürüb

2025/04/1744432159.jpg
Oxunub: 440     21:05     14 İyun 2025    
Pentaqonun rəhbəri Pit Heqset bəyan edib ki, Ukraynada yerləşdirilmiş bəzi hava hücumundan müdafiə (HHM) sistemləri Yaxın Şərqə köçürülüb.

Ordu.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına açıqlamasında bildirib.

“Biz bu regionda və dünyanın müxtəlif yerlərində öz hərbçilərimizi qorumaq üçün bütün mövcud resurslardan istifadə edirik”, - Hegset vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə yerləşən hərbi personalının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmağa hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin