Ordu.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset "Fox News"a müsahibəsində deyib.
“Donald Tramp demək istəyir ki, sülh üçün imkan var. Ümid edirik ki, onlar danışıqlar variantını seçəcəklər”, - Heqset vurğulayıb.
Onun sözlərinə görə, ABŞ vəziyyəti izləyir və lazım gələrsə, Yaxın Şərqdəki Ordusunu qorumağa hazırdır. Heqset əlavə edib ki, İranın ABŞ obyektlərinə mümkün hücumu arzuolunmazdır.
Bundan əlavə, o bildirib ki, Vaşinqton Yaxın Şərqdəki bazalarının mühafizəsini gücləndirmək üçün hava hücumundan müdafiə sistemlərini Ukraynadan geri çəkib.
Ordu.az