Danimarka Avropa istehsalçılarından çoxlu sayda HHM sistemi alacaq

2025/06/1749881726.jpg
Oxunub: 403     11:20     17 İyun 2025    
Danimarka Müdafiə Nazirliyi mülki şəxsləri və hərbi obyektləri qorumaq üçün Fransa, Almaniya və Norveçdəki istehsalçılardan qısa mənzilli quru əsaslı Hava Hücumundan Müdafiə (HHM) sistemləri alacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi təxminən 1 milyard dollar dəyərində olan silah sistemlərinin Almaniyanın “Diehl Defence” və “MBDA France” şirkətlərindən alınacağını açıqlayıb.

Ölkə, həmçinin Norveçdə yerləşən müdafiə sənayesi istehsalçısı “Kongsberg”dən HHM sistemlərini icarəyə götürəcək.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen jurnalistlərə bildirib ki, sistemlər Danimarkada strateji nöqtələrə yerləşdiriləcək.

“Sistemlər 2025-ci ilin sonundan 2027-ci ilin əvvəlinə qədər tədricən işləyəcək”, - deyə o qeyd edib.

Rusiyadan gələn təhlükənin artdığını qeyd edən Baş nazir Mette Frederiksen fevral ayında Danimarkanın qarşıdakı iki il ərzində müdafiə xərclərinə əlavə 7 milyard dollar ayıracağını açıqlayıb.

Danimarka Sovet İttifaqının dağılmasından sonra hərbi resurslarını ərazi müdafiəsindən beynəlxalq əməliyyatlara keçirərək, quru əsaslı “Dehawk” HHM sistemini iyirmi il əvvəl ləğv edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Avropa  


Bizi "telegram"da izləyin