“Kaan” TF35000 ilə İndoneziyaya səyahət edir

2025/06/1749881486.jpg
Oxunub: 486     11:48     17 İyun 2025    
Türkiyə müdafiə sənayesi hələ inkişaf mərhələsində olan 5-ci nəsil döyüş təyyarəsi “Kaan”ın İndoneziyaya satışı ilə bağlı strateji müqavilə imzalayaraq, daha bir tarixi ixrac uğuruna imza atıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə ilə İndoneziya arasında əldə olunan razılaşma çərçivəsində tamamlandığında Türkiyənin öz imkanları ilə istehsal etdiyi ilk turbofan döyüş təyyarəsi mühərriki olacaq TF35000 ilə 48 “Kaan” döyüş təyyarəsinin Cakartaya təhvil veriləcəyi bildirilib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin koordinasiyasında həyata keçirilən, Türkiyənin aviasiya tarixinin ən iddialı layihələrindən biri olan Milli Döyüş Təyyarəsi (MMU) “Kaan” ilk beynəlxalq müştərisini tapmaqla, əhəmiyyətli bir mərhələyə çatıb.

Müqavilə platforma ixracından daha çox, Türkiyənin mühərrik texnologiyası sahəsində təcrübəsini və iddiasını ehtiva edən hərtərəfli əməkdaşlıqdır.

Razılaşmanın ən diqqətçəkən elementlərindən biri ixrac ediləcək “Kaan” platformalarını gücləndirəcək mühərrikin milli imkanlarla hazırlanmış TF35000 olmasıdır.

Bu iddialı hədəfin arxasında Türkiyənin aviasiya mühərrikləri sahəsindəki iki mühüm şirkəti olan “TRMotor Güç Sistemleri Sanayii A.Ş.” və “TUSAŞ Motor Sanayii A.Ş.” (TEI) dayanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaan   TF35000   İndoneziya  


Bizi "telegram"da izləyin