AEBA İranın əsas nüvə obyektinə zərbə endirildiyini təsdiqləyib

2024/06/1717493580.jpg
Oxunub: 350     09:14     13 İyun 2025    
Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İranın Natanz şəhərində yerləşən əsas nüvə zənginləşdirmə obyektinin İsrailin hava zərbələri nəticəsində vurulduğunu təsdiqləyib.

Ordu.az-ın xəbərinə görə, AEBA-nın “X” platformasında yaydığı açıqlamada qeyd olunur ki, cümə günü səhər saatlarında baş verən hücumdan sonra Agentlik İranda yaranmış vəziyyəti “dərin narahatlıqla” izləyir.

Qurum bildirib ki, hazırda hadisə yerində radiasiya səviyyələrini izləyir və İranda olan müfəttişləri ilə yanaşı, İran rəsmiləri ilə daimi əlaqə saxlayır.

İsrail tərəfi hücumla bağlı rəsmi açıqlama verməyib, lakin beynəlxalq müşahidəçilər bu hadisəni bölgədə gərginliyin daha da artması kimi qiymətləndirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran   İsrail  


Bizi "telegram"da izləyin