İran Baş Qərargahının sözçüsü: "Tehran İsrailin hücumlarına sərt cavab verəcək"

2025/06/1749791137.jpg
Oxunub: 370     07:13     13 İyun 2025    
İsrail İran ərazisinə, o cümlədən yaşayış binalarına zərbələr endirib.

Ordu.az “İRNA”ya istinadən xəbər verir ki, bunu İran Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şekarçi bəyan edib.

Onun sözlərinə görə, Tehran İsrailin ABŞ-nin dəstəyi ilə həyata keçirdiyi hücumlara sərt cavab verəcək.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı hərbi bazalara, o cümlədən Natanz nüvə obyektinə hücum edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin