Cənubi Koreya Polşaya K2-lərin tədarükü ilə bağlı danışıqların “son mərhələsinə” çatıb

2025/06/1749713166.jpg
Oxunub: 368     10:39     19 İyun 2025    
Cənubi Koreya Polşaya K2 tanklarının tədarükü ilə bağlı potensial böyük müqavilə imzalamaq üçün danışıqların “son mərhələsinə” çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Tədarükü Proqramı Agentliyi məlumat yayıb.

Cənubi Koreyanın Müdafiə Tədarükü Proqramı Agentliyinin rəsmisi AFP-yə bildirib ki, potensial sövdələşmə üzrə danışıqlar son mərhələdədir və həm hökumətlər, həm də şirkətlər müqaviləni yekunlaşdırmaq üçün çalışırlar.

Agentlik sazişin məbləğini açıqlamayıb, ancaq bildirib ki, imzalanacağı təqdirdə bu, “vahid silah sisteminə əsaslanan ən böyük saziş” olacaq.

2022-ci ildə iki ölkə 13,7 milyard dollarlıq silah müqaviləsi imzalayıb və bu müqaviləyə K2 tankları, döyüş təyyarələri daxil olub.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi potensial sövdələşmənin təxminən 6 milyard dollar dəyərində olduğunu və ölkənin “Hyundai Rotem” şirkətinin 117 tank, Polşanın dövlət şirkəti “Polish Armaments Group”un isə yerli olaraq 63 tank istehsal edəcəyini bildirib.

“Yonhap”, həmçinin qeyd edib ki, imzalanma mərasiminin iyunun sonunda Polşada keçirilməsi planlaşdırılır.

Qeyd edib ki, Polşa və Rumıniya “K9 Howitzers” və “Chunmoo” raket sistemlərinin ixracı da daxil olmaqla, əhəmiyyətli silah müqavilələri imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Polşa   K2  


Bizi "telegram"da izləyin