Ordu.az xəbər verir ki, bu barədə “Guardian” nəşri daxili sənədə istinadən yazır.
"Dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq ştatının ləğv edilməsi və xarici yardım proqramları üzərində nəzarətin birbaşa Dövlət Departamentinə ötürülməsi barədə göstəriş verib", - məlumatda bildirilib.
Bu prosesin bütün dünyada USAID-in yüzlərlə əməkdaşına, o cümlədən 100-dən çox ölkədə diplomatik xidmət əməkdaşlarına, podratçılara və yerli işçi heyətə təsir edəcəyi gözlənilir.
Ordu.az