Ordu.az xəbər verir ki, Myanma Hərbi Hava Qüvvələrinə məxsus JF-17 döyüş təyyarəsi çərşənbə axşamı toqquşmaların baş verdiyi Saqainq bölgəsindəki Pale qəsəbəsində xunta əleyhinə qüvvələr tərəfindən vurulub.
Bölgədən gələn xəbərlərə görə, sözügedən döyüş təyyarəsi MANPADS raketi ilə vurulub.
“Defence Blog”un məlumatına görə, təyyarə Çin istehsalı olan FN-6 və ya oxşar sistemlə vurulub. Bu kontekstdə Myanmanın hakim hərbi şurası hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
“JF-17 Thunder” tipli təyyarənin ilk versiyası 2015-ci ildə imzalanmış müqavilə əsasında Pakistanın 2018-2021-ci illər arasında Myanmaya təhvil verdiyi 11 təyyarədən ibarət parkın bir hissəsidir.
İki yerlik, çoxməqsədli döyüş təyyarələri iki hökumət arasında daha geniş müdafiə sahəsində əməkdaşlıq sazişinin bir hissəsi kimi alınıb.
Sevinc Əliyeva
Ordu.az