Ordu.az xəbər verir ki, köhnə qanunvericilik bazası və mürəkkəb bürokratiya yerli Pilotsuz Uçuş Aparatı (PUA) istehsalını və müdafiənin modernləşdirilməsini ləngidir.
“Pentapostagma” qəzetinin məlumatına görə, Yunanıstanda yeni PUA və USV-lərin istehsalı üçün ən azı üç illik hazırlıq dövrü və dövlət-hərbi əməkdaşlıq tələb olunur.
Bunun əksinə olaraq Türkiyə həm “Bayraktar TB2”, həm də “Kızılelma” kimi qabaqcıl PUA-lardan istifadə edir və 30-dan çox ölkəyə ixrac edir.
ABŞ və İsrail kimi ölkələrdə böhran dövründə sürətli tədarük mexanizmləri işə düşərkən, Yunanıstanda müdafiə materiallarının tədarükü prosesləri 2-5 il çəkə bilər. Bu, Yunanıstan ordusunu texnoloji transformasiya yarışında geridə qoyur.
Yunanıstanın 82 PUA-sı hazırda yalnız müşahidə məqsədləri üçün istifadə edilərkən, Türkiyə PUA-ları süni zəka dəstəkli və hücum qabiliyyətli missiyalarda fəal şəkildə istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az