Peskov: "Rusiya və Ukrayna danışıqları davam etdirməlidir"

2025/04/1745596430.jpg
Oxunub: 372     14:09     09 İyun 2025    
Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Buna görə də, əlbəttə ki, indi vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, danışıqların davam etdirilməsi və növbəti raundu barədə söhbət getməlidir. Hələlik bununla bağlı dəqiq anlaşma yoxdur", - o deyib.

D.Peskov həmçinin qeyd edib ki, Rusiya həlak olmuş hərbçilərin meyitlərinin Ukraynaya təhvil verilməsi və əsir mübadiləsi ilə bağlı razılaşmaları həyata keçirməyə hazırlığını qoruyub saxlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin