Ordu.az xəbər verir ki, bu barədə Vadeful Federal Parlamentdə keçirilən sual-cavab sessiyasında bildirib.
“Almaniya İsrail dövlətini dəstəkləməyə davam edəcək, bu dəstəyə silah tədarükü də daxildir”, - deyə o qeyd edib.
Müxalifətdəki “Yaşıllar Partiyası”ndan verilən suallara cavab olaraq, nazir hökumətin İsrailə dəstək məsələsində yekdil olduğunu vurğulayıb. Alman xarici siyasətinin beynəlxalq humanitar hüquqla formalaşdırıldığını bildirən Vadeful bu prinsipin silah ixracatı daxil olmaqla bütün sahələrə şamil edildiyini qeyd edib.
Silah ixrac siyasətinə təsiri ilə bağlı suallara cavab olaraq Vadeful qeyd edib ki, qərarlar Federal Təhlükəsizlik Şurası tərəfindən qəbul olunur və bu iclaslar gizli keçirilir.
Xüsusilə Qəzzadakı müharibə səbəbilə Almaniyada İsrailə silah ixracatının dayandırılması tələbini dəstəkləyən ictimai rəy güclənməkdədir. Yeni yayımlanan bir sorğuya görə, almanların 58%-i İsrailə silah tədarükünün müvəqqəti dayandırılmasını dəstəkləyir.
Bununla belə, Alman hökuməti 7 oktyabr 2023-dən bu yana İsrailə ümumilikdə 485,1 milyon avro dəyərində silah ixracatı üçün lisenziya verdiyini açıqlayıb. Bu ixracata silah sistemləri, sursat, radar və rabitə avadanlıqları, zirehli nəqliyyat vasitələrinin hissələri daxildir.
Sevinc Əliyeva
Ordu.az