Almaniya və İsrail “Arrow 3” sisteminin təhvilinə hazırlaşır

2025/06/1749458657.jpg
Oxunub: 488     14:51     11 İyun 2025    
Almaniya yaxın aylarda İsrail istehsalı olan “Arrow 3” hava hücumundan müdafiə sistemini təhvil almağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu hadisə İsrail tarixindəki ən böyük silah ixracı müqaviləsi çərçivəsində Avropaya ilk sistemin çatdırılması olacaq.

“Arrow 3” nüvə başlıqlı və hipersəs raketlərinə qarşı qoruma, geniş ərazi əhatə imkanları və 2000 km-dən çox mənzilə sahibdir. Sistem, real döyüş şəraitində İsraili hədəf alan hücumlara qarşı effektivliyi ilə seçilmişdi.

Bu tədarük, ilk dəfə bir NATO ölkəsinin “exo-atmosferik” (atmosfer xaricində) mərhələni qarşılayan İsrail istehsalı sistemini yerləşdirməsi anlamına gəlir.

“European Sky Shield Initiative” çərçivəsində Almaniya və NATO-nun hava hücumundan müdafiə arxitekturası daha da möhkəmlənəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İsrail   Arrow-3  


Bizi "telegram"da izləyin