TSQ-yə Atəşi İdarəetmə Sistemi və Modernləşdirilmiş Zenit Sistemi təhvil verilib – FOTO

2025/06/1749453105.jpg
Oxunub: 435     13:10     09 İyun 2025    
Türkiyə Milli Müdafiə Nazirliyi yerli müdafiə sənayesi məhsullarının Silahlı Qüvvələrə təhvilinin davam etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, nazirlik sözçüsü Zeki Aktürk Türkiyə Quru Qoşunları Komandanlığının inventarına yeni sistemlərin daxil edildiyini bildirib.

Aktürk mətbuat konfransında belə deyib: “Yerli və milli müdafiə sənayemizin istehsal etdiyi silah və sistemlərlə Türkiyə Silahlı Qüvvələrinin fəaliyyət və çəkindirmə gücünü artırmağa yönəlik fəaliyyətlər davam etdirilir. Bu çərçivədə, Quru Qoşunları Komandanlığımız tərəfindən müəyyən sayda:

35 mm Modernləşdirilmiş Yedəkdə Daşınan Zenit Sistemi
Atəşi İdarəetmə Sistemi

yoxlama və qəbul prosesi tamamlanaraq inventara daxil edilib”.


Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan 35 mm yedəkdə daşınan zenit sitemi ASELSAN tərəfindən modernizasiya edilərək yenilənib. İşlər çərçivəsində sistemin bütün elektron alt komponentləri müasir texnologiyaya uyğun şəkildə dəyişdirilib və silahlar effektiv aşağı hündürlükdə çalışa bilən havadan müdafiə sistemi kimi yenidən qurulub.

Zenit sistemlərinə əlavə olaraq, qəlpəli mərmi atma qabiliyyəti də qazandırılıb. Atış və komanda idarəetməsi isə yenə ASELSAN tərəfindən hazırlanan Atəşi İdarəetmə Sistemi vasitəsilə həyata keçirilir.

Bu sistem, sabit hərbi hissələrin və kritik obyektlərin hava müdafiəsini təmin etmək məqsədilə hazırlanıb və ASELSAN tərəfindən modernizə edilən 35 mm zenit sistemləri ilə yanaşı, “Hisar” layihəsi çərçivəsində hazırlanmış HİSAR-A FFS ilə inteqrasiya olunmuş şəkildə işləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin