Ordu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Milyayev öz “Telegram” kanalında məlumat verib.
"PUA-nın qəzaya uğraması nəticəsində "Novomoskovsk Azot"da yanğın baş verib. Yanğın söndürülüb. Çirkləndiricilərin icazə verilən həddi aşması qeydə alınmayıb", - məlumatda deyilir.
O həmçinin bildirib ki, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.
Ordu.az