Tramp Maskın davranışının narkotiklə əlaqəli olub-olmadığı ilə maraqlanıb

2025/06/1749274961.jpg
Oxunub: 621     09:27     07 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərindən sahibkar İlon Maskın son 48 saat ərzindəki davranışının narkotikdən istifadə ilə əlaqəli ola biləcəyini düşünüb-düşünmədiklərini soruşub.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

CNN telekanalının mənbəsi bildirib ki, Tramp Maskın ehtimal olunan narkotikdən istifadə ilə maraqlanıb, lakin bu məsələni açıq şəkildə müzakirə etməkdən imtina edib.

"Mən narkotikdən istifadə məsələsini şərh etmək istəmirəm", - o prezident təyyarəsində bildirib.

Qeyd edək ki, son vaxtlar ABŞ Prezidenti ilə Mask arasında ittihamlarla müşayiət olunan mübahisə gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mask  


Bizi "telegram"da izləyin