ABŞ Nümayəndələr Palatasının spikeri Tramp ilə Maskın barışacağına ümid edir

2025/06/1749273354.jpg
Oxunub: 532     05:23     07 İyun 2025    
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ prezidenti Donald Tramp və iş adamı İlon Maskın fikir ayrılıqlarını həll edə biləcəklərinə ümid etdiyini bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə "ABC News" televiziya kanalı xəbər verib.

"İlonun bu gözlənilməz etirazı məni təəccübləndirdi və ümid edirəm ki, onlar barışacaqlar", - deuə M.Conson bildirib.

Onun sözlərinə görə, Tramp baş verənlərdən üzülüb. "Mən də beləyəm", - deyə Konqresin aşağı palatasının spikeri əlavə edib.

Bundan əvvəl "Axios" portalı yazıb ki, Tramp və Musk tənqidi bəyanatlar mübadiləsindən bir neçə saat sonra “daha ​​barışdırıcı mövqe tutdular”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mask  


Bizi "telegram"da izləyin