Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.
Qeyd olunub ki, 21 nəfər yaralanıb.
***
Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Xarkov vilayətinə 53 ədəd “Shahed” pilotsuz aparatı, 4 ədəd idarəolunan aviasiya bombası və raketlərlə zərbə endirib.
Ordu.az-ın “unian“a istinadən xəbərinə görə, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.
Onun sözlərinə görə, yaşayış binasına yönələn aviahücum nəticəsində 2, digər obyektin vurulması zamanı isə 1 nəfər ölüb.
Yaralıların sayının isə 18 nəfər olduğu açıqlanıb.
***
Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinin Kiyevski rayonunda evə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
Ordu.az-ın xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Kiyevski rayonunda iki “Şahid” dronunun zərbəsi qeydə alınıb - biri fərdi evdə, biri isə ali təhsil müəssisəsinin ərazisində.
Eyni zamanda Xarkov vilayətinin Hərbi və Mülki Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, düşmənin pilotsuz təyyarəsinin Kiyev rayonuna endirdiyi zərbə nəticəsində 3 nəfər yaralanıb. Mərkəzə və Osnovyanski rayonuna endirilən zərbələr nəticəsində daha 7 nəfər xəsarət alıb.
***
Ukraynanın Xarkov şəhəri hazırda genişmiqyaslı müharibənin bütün dövründə ən güclü hücumu yaşayır.
Ordu.az-ın xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.
Onun sözlərinə görə, şəhər dronlar tərəfindən kütləvi hücuma məruz qalır.
"Şəhərin mərkəzindəki yaşayış binasında 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi mənzillər yanır. İlkin məlumata görə, mənzillərdə dağıntılar altında insanlar var. Xarkovda havadan kütləvi birləşmiş hücum bir saatdan çox davam edib. Onlarla partlayış olub. Nəticələrlə bağlı məlumat dəqiqləşdirilir", - mer bildirib.
Terexov qeyd edib ki, bir saat yarım ərzində şəhərdə azı 40 partlayış baş verib. O, həmçinin şəhərin mərkəzində altı nəfərin xəsarət aldığını bildirib. Onlardan biri körpədir.
Ordu.az