Ordu.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin bu müqavilələrin icrasını ləğv etməyə hazır olması ilə bağlı sualını cavablandırarkən deyib.
"Biz hər şeyi araşdıracağıq. Söhbət böyük subsidiyalardan gedir", - Tramp vurğulayıb.
Daha əvvəl bildirilib ki, ABŞ-nin Prezident Administrasiyası İlon Maskı dövlət sirlərinə girişdən məhrum edə bilər. Maskın məxfi məlumatlara çıxışı “Space X”in fəaliyyəti və NASA ilə əməkdaşlığı üçün zəruridir. Ağ Ev Maskın şirkətləri ilə bağlanmış dövlət müqavilələrinin icrasını da ləğv edə bilər. Onlar 2024-cü ildə onlar 17 dövlət qurumu ilə 100 müqavilə əsasında təxminən 3 milyard dollar alıblar.
Ordu.az