ABŞ Prezidenti: "Kiyev Putinə Ukraynanı bombalamaq üçün bəhanə verdi"

2025/05/1746768021.jpg
Oxunub: 443     05:18     07 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən müharibə və sülh danışıqları ilə bağlı bir sıra sərt açıqlamalar verib.

Ordu.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.

Tramp bildirib ki, Ukraynanın son hücumları Rusiya Prezidenti Vladimir Putinə onları bombalamaq üçün bəhanə verib.

“Dünən axşam Ukrayna elə bir addım atdı ki, Putinə onları bombalamaq üçün bəhanə verdi. Bu, mənim xoşuma gəlmədi. SBU-nun Rusiya aerodromlarına hücumu barədə məlumat aldıqda, dedim ki, vəssalam, indi cavab zərbəsi gələcək”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti ümid etdiyini bildirib ki, müharibə nüvə münaqişəsinə çevrilməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Putin   ABŞ  


Bizi "telegram"da izləyin