Ordu.az LRT telekanalına istinadən xəbər verir ki, o, bunu "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitinin keçiriləcəyi Vilnüsə gəlişi zamanı bildirib.
"Bizim komandamız İstanbuldadır. Bu gün səhər müdafiə naziri (Rüstəm Umerov - red.) ilə danışdım, onlar görüşə hazırlaşırlar. Mən Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm. Amma biz həmişə hansısa həllərə inanmalıyıq", - prezident qeyd edib.
Zelenski onu da vurğulayıb ki, Ukrayna üçün tam atəşkəsin əldə olunması, uşaqların və əsirlərin evlərinə qayıtması vacibdir.
Ordu.az