Türkiyə İstanbul danışıqlarının atəşkəslə nəticələnəcəyinə ümid edir

2025/05/1748581023.jpg
Oxunub: 2122     23:06     29 May 2025    
Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək danışıqların atəşkəsə töhfə verəcəyinə ümid edir.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Prezidentin bəyanatlarından da göründüyü kimi, tərəflərin bölgədə atəşkəsin və davamlı sülhün təmin edilməsinə xidmət edəcək danışıqlar üçün yenidən İstanbulda toplanacağını gözləyirik. Türkiyənin qapıları hər zaman açıqdır", - məlumatda bildirilib.

Qeyd olunurb ki, İstanbul artıq danışıqlara ev sahibliyi etməyə hazırdır: “Hər şey hazırdır, bütün məsələlər, o cümlədən danışıqların təhlükəsizliyi təmin olunacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin