Ordu.az xəbər verir ki, o, bu barədə Yeni Kaledoniyaya (Fransanın dənizaşırı ərazisi) səfəri çərçivəsində BFMTV telekanalına açıqlama verib.
"Mən prezidentliyə namizədəm və əgər seçilsəm Yeni Kaledoniya ilə bağlı qərarların qəbulunda mühüm rol oynamaq üçün fransızların etimadını qazanacağam", - o bildirib.
Onun Yeni Kaledoniyaya səfəri burada baş verən iğtişaşlardan bir il sonra baş tutur. İğtişaşlar yerli seçkilərdə seçici siyahılarının genişləndirilməsi ilə bağlı Fransa qanun layihəsinə görə baş vermişdi. Nəticədə arxipelaqda 13 nəfər, o cümlədən 2 polis əməkdaşı həlak olmuşdu.
Ordu.az