Polşa Rusiya və Belarusu ittiham edib

2025/01/1736878008.jpg
Oxunub: 328     15:15     29 May 2025    
Polşanın Baş naziri Donald Tusk ölkədə ikinci səviyyəli terror və kiber təhlükə müddətini uzadıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Rusiya və Belarus tərəfindən hibrid və kiber təhdidlərlə əlaqədar “Bravo” və “Bravo-CRP” təhlükə səviyyələrinin müddətini uzatmaq qərarına gəldim", - D.Tusk yazıb.

Baş nazir yüksək təhlükə rejimlərinin müddətinin nə qədər uzadıldığını dəqiqləşdirməyib.

Polşa hökuməti “Bravo” təhlükə səviyyəsini 2022-ci il aprelin 16-dan tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya   Belarus  


Bizi "telegram"da izləyin